Günümüzdə informasiya texnologiyalarının sürətli inkişafına baxmayaraq, İP və analoq telefoniya hələ də müasir iş mühitinin ayrılmaz elementlərindən biridir.Əməkdaşların bir-biri ilə kəsintisiz əlaqə saxlaması və digər filiallarla, müştərilərlə ünsiyyətdə qalmaq üçün telefonlar əvəz olunmazdır.
Bunu gözdən qaçıran şirkətlərin itkilərini təsəvvür etmək çətin deyil.Bu baxımdan marketinq mütəxəssislərinin düsturu olduqca ədalətli görünür: buraxılmış zəng = itirilmiş müştəri.Belə vəziyyətlərdən sığortalanmaq üçün keyfiyyətli telefoniya həllərinə ehtiyyac yaranır.
Active İT Solutions olaraq biz İP və analoq telefoniya şəbəkələrinin yaradılmasında böyük təcrübəyə malikik.Bizimlə işləməyə qərar verdikdən sonra mühəndislərimiz ehtiyyaclarınızı araşdıracaq və problemləriniz üçün ən optimal həlləri təklif edəcəklər.Beləliklə biz, müştəri ehtiyyaclarına uyğun olaraq aşağıdakı həlləri işləyib, hazırlaya bilərik:
- Analoq ATS
- IP Telefoniya
- VoIP
- Virtual ATS