
Yanğın xəbərdarlıq və siqnalizasiya sistemlərinə bu gün iş yerlərində və dövlət müəssisələrində tez-tez rast gəlirik.Çünki onların bir çox üstünlükləri var.Yanğın xəbərdarlıq sistemləri yanğın hallarından vaxtında xəbərdar olmağa imkan verir.Hazırda yanğın xəbərdarlıq sistemlərinin bir çox növləri məlumdur.Qeyri-ünvanlı yanğın xəbərdarlıq sistemləri bunlar arasında daha populyardır.
Yanğın xəbərdarlıq sistemlərinin növlərindən asılı olaraq bir çox özəllikləri mövcuddur.Mərkəzi idarəetmə, səsli xəbərdarlıq, sistemə daxil edilmiş nömrələrə xəbərdarlıq göndərilməsi bunlardan bəziləridir.
Aydın məsələdir ki, yanğın xəbərdarlıq sistemlərinin quraşdırılması ciddi yanaşma tələb edir.Bu baxımdan biz yalnız ən yaxşı istehsalçıların yanğın xəbərdarlıq sistemlərinin avadanlıqlarından istifadə edirik.Bu gün təklif etdiyimiz Honeywell, Bolid, Algorinet kimi brendlər sektorun ən yaxşı istehsalçılarındandır.Bu brendlərin məhsullarından istifadə bizə yanğın və tüstünün erkən aşkarlandığı, təhlükəsizlik tədbirlərinin tam avtomatlaşdırıldığı həllər yaratmağa imkan verir.
Aktiv IT Solutions əmlakınızın yanğından qorunmasını təmin etmək üçün yalnız optimal həllər təklif edir.Sübut edilmiş və effektiv həllərdən istifadə edərək, yanğın siqnalizasiyalarının quraşdırılmasını müəyyən edilmiş tələblərə və standartlara uyğun şəkildə həyata keçiririk.Bu vəziyyətdə yanğın siqnalizasiyasının dizaynı obyektin bütün xüsusiyyətlərini nəzərə alaraq həyata keçirilir.Həmçinin komandamız bu sahə də ixtisaslaşmış təcrübəli peşəkarlardan ibarətdir.Bu isə bizə öz müştərilərimiz üçün daha yaxşı xidmət və daha yaxşı texniki servis göstərməyə imkan verir.Üstəlik quraşdırılma sonrası zəmanət şirkətimiz tərəfindən təmin olunur.